Fevralın 12-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. SİA-nın məlumatına görə, iclasın gündəliyə 7 məsələ daxil edilib. İclasda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın ilkllik məruzəsi haqqında" sənəd, "Azərbaycan Prezidenti və Belarus Prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsi, "Azərbaycanla Belarus Respublikaları arasında 2025-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilənin və onun proqramının təsdiq edilməsi barədə" qanun layihəsi, "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə sənəd, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə olunacaq.
Qeyd edək ki, iclasda həmçinin "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi ikinci oxunuşda və yeni "Antidentik, kompensiyasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi müzkairəyə təqdim ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB