Hava kəskin dəyişəcək Temperatur 10 dərəcə enəcək

Hava kəskin dəyişəcək Temperatur 10 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın kəskin şəkildə dəyişəcəyi barədə xəbərdarlıq edir. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, fevralın 7-dən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək.

Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 09-u gündüzədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə