Körpələr evi-uşaq bağçası yenidən qurulur FOTO

Körpələr evi-uşaq bağçası yenidən qurulur FOTO

Körpələr evi-uşaq bağçasının müasir tələblərə uyğunlaşdırılması üçün işlərə ötən ilin dekabr ayından başlanılıb. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, əsas məqsəd qəsəbədə məktəbəqədər təhsilin keyfiyyətini artırmaq, uşaqların təlim-tərbiyəsi üçün rahat şərait yaratmaqdır. Binanın həyətində qazanxana və su hovuzu da inşa edilir. 80 yerlik bağça əsaslı təmirdən sonra müasir inventar və avadanlıqlarla təchiz ediləcək. Tikili bu ilin may ayında istifadəyə veriləcək. Ümumilikdə Samux rayonunda 16 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Son illər onlardan 6-sı müasir tələblər səviyyəsində yenidən qurulub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha 2 bağça binası da inşa olunub ki, həmin tərbiyə ocaqlarının yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə