Gədəbəydə 10 mindən çox şagirdin təhsil aldığı orta məktəblərin informasiya kommunikasiya texnologiyaları ilə təchizatı yaxşılaşdırılır. Kompyuterlə təmin edilən təhsil ocaqlarını internetlə təmin etmək üçün yeni xətlər çəkilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gədəbəyin bütün məktəblərində şagirdlərin İKT vasitələrindən istifadə etməsi üçün kompyuter otaqları fəaliyyət göstərir. Lakin hər şagird düşən kompyuterlər yetərli sayda deyil. Yaranan vəziyyətin müsbətə doğru dəyişməsi üçün rayon Təhsil Şöbəsi tərəfindən Təhsil Nazirliyinə müraciət edilib. Bu il rayonun ümumtəhsil məktəblərinə daha 70 ədəd kompyuter dəstinin verilməsi gözlənilir. Kompyuter təminatı ilə yanaşı, təhsil ocaqlarına internet xətləri də çəkiləcək. Dağlıq rayon olan Gədəbəydə soyuq qış aylarında təhsil müəssisələrinin istiliklə təmin edilməsində də problemin olmadığı deyilir. Rayonun 83 məktəbində şagirdlərin dərsə davamiyyəti yerli təhsil şöbəsini qane edir.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB