Fevralın 3-də saat 17:50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində Yevlax şəhərindən olan hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. SİA-nın verdiyi məlumata görə, bu gün İmran Mirzəyevin nəşi doğulduğu Yevlax şəhəri Aran qəsəbəsinə gətirilib və ailə üzvlərinə təhvil verilib. Vida mərasimindən sonra şəhid ailə üzvlərinin və şəhər ictimaiyyətinin iştirakı ilə dəfn olunub. Mərasimdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Müdafiə Nazirliyinin əməkdaşları, Yevlax Hüquq mühafizə orqanlarının rəhbərləri və şəhidin əsgər yoldaşları iştirak edirdilər.
Qeyd edək ki, Mirzəyev İmran Xudaverdi oğlu 1996-ci ildə Yevlax rayonu Aran qəsəbəsində anadan olub. 2014-cü ilin oktyabr ayında Yevlax şəhər Hərbi komissarlığından hərbi xidmətə çağırılıb.
Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB