Dünyanın ən gözəl hava limanı Heydər Əliyev Beynəlxalq Hava Limanı

Dünyanın ən gözəl hava limanı Heydər Əliyev Beynəlxalq Hava Limanı

Küveytdə ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik gündəlik "Al-Kuwaityah" qəzetində "Şəkillərdə......Dünyanın ən gözəl hava limanı" başlığı altında məlumat dərc olunub. SİA-nın xəbərinə görə, məlumatda bildirilir ki, bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan foto-şəkillərə istinadən dünyanın ən gözəl hava limanı Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və ölkənin beş hava limanından biri olan Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. Həmçinin hava limanının Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıdığı bildirilib. Eyni zamanda, məlumatda sosial şəbəkə istifadəçilərinin hava limanının füsunkar gözəlliyə malik olduğundan məmnunluq ifadə etdikləri vurğulanıb.

http://www.alkuwaityah.com/Article.aspx?id=343464

Bütün xəbərlər Facebook səhifəmizdə