"Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun Milli Məclisdə səsləndirdiyi təklif qəzet rəhbərlərinin ümumi problemidir. Hesab edirəm ki, yaranmış durum ictimaiyyətin, müvafiq dövlət qurumlarının diqqətində olmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.
Onun sözlərinə görə, hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisi xərclərə ciddi təsir göstərir: "Devalvasiyadan sonra həqiqətən də çap mediası çətinliklərlə üzləşib. Həm qəzet kağızı bahalaşıb, həm çap xərcləri artıb. Bu baxımdan hələlik, daxili imkanlar hesabına vəziyyətdən çıxmağa çalışırıq".
"Təkcə, ƏDV-nin ləğvi vəziyyətdən çıxmaq üçün yetərli deyil. Yaxşı olardı ki, dövlət KİVDF xətti ilə qəzetlərə ayırdığı maliyyə yardımının məbləğini də artırsın"- deyə, İ. Quliyev əlavə edib.
Qeyd edək ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə çıxışı zamanı ölkəyə gətirilən qəzet kağızına, həmçinin, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv olunmasını təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB