Qarlı hava şəraiti rabitə sahəsinə ziyan vurub FOTO

Qarlı hava şəraiti rabitə sahəsinə ziyan vurub FOTO

Bir neçə gün əvvəl Gədəbəydə müşahidə olunan küləkli, qarlı hava şəraiti rabitə sahəsinə ciddi ziyan vurub. SİA-nın bölgə müxbiri xəbər verir ki, çovğun nəticəsində aşan 60 dirəkdən 32-i daxili imkanlar hesabına dəyişdirilib, eləcə də sıradan çıxan rabitə xətləri təmir edilib. Digər qəzalı dirəklərin dəyişdirilməsi üçün "Aztelekom" İstehsalat Birliyinə müraciət edilib. Rayonda abonentlərə göstərilən rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam edir.

Qeyd edək ki, 5624 abonenti olan Gədəbəydə 25 ATS-dən 22-si optikləşdirilib. 3 kənddə isə bu iş yaxın zamanlarda yekunlaşacaq.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə