İlin sonuna kimi Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni bir yaşayış qəsəbəsinin tikintisinə başlanılacaq. Bundan başqa kəlbəcərli məcburi köçkünlərin sıx yaşadığı yerlərdə qarşılaşılan problemlərin həll edilməsi üçün ciddi məşğul olunacaq. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun Kəlbəcərli məcburi köçkünlərlə görüşü Gəncədə yeni salınan qəsəbədə baş tutub. Burada Respublikamızın 30-dan çox rayonundan dəvət olunan 600-ə yaxın kəlbəcərli iştirak edib. Kəlbəcərli məcburi köçkünlər Respublikamızın 56 rayonun 707 yaşayış məntəqəsində müvəqqəti məskunlaşıb və onların sosial qayğılarının həlli dövlətimizin daim diqqətindədir. Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət başçısı İlham Əliyevin qayğısı və diqqətinin sayəsində 1500 ailəlik ən müasir qəsəbə salınıb. Hər bir infrastrukturu olan yeni yaşayış qəsəbəsində məktəb, körpələr evi, mədəniyyət sarayı, eləcədə digər infrastruktur obyektləri də tikilib. Görüşdə çıxış edən kəlbəcərli fermer və torpaq mülkiyyətçiləri uzun müddətli kreditlərin verilməsinə köməklik edilməsini, torpaqların suvarılması üçün yeni subartezian quyularının qazılmasını eləcədə müvəqqəti məskunlaşdıqları yaşayış binalarının kommunal xidmətin yaxşılaşdırılmasına kömək edilməsini xahiş edib.
"Guya bizdə iqtisadi tənəzzül var. Əslində Azərbaycanda iqtisadi tənəzzül deyilən bir söz yoxdur. Əmək haqqı artırılır, təqüdlər artılır. Qaçqınlara yardımlar, tikintilər həmən formada saxlanılır. Ola bilsin ki, hansısa çətinliklər var, Azərbaycan xalqı bu siyasətin ətrafında sıx birləşəcək, çətinlikləri də keçib gedəcəyik"– deyə, Cavid Qurbanov bildirib.
Görüşdə çıxış edən digər məcburi köçkünlər yaşadıqları kənd və qəsəbələrdə əkin üçün torpaq sahələrinin verilməsinə köməklik edilməsi eləcə də qəzalı vəziyyətdə olan təhsil ocaqlarının, səhiyyə müəssisələrin təmir edilməsini də səsləndiriblər. Sonda müraciət və təkliflərin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi vurğulanıb.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB