Gənclər Paytaxtının simvolik açarı Şəmkirdə FOTO

Gənclər Paytaxtının simvolik açarı Şəmkirdə FOTO

Azərbaycanın Gənclər Paytaxtının simvolik açarı Şəmkir ictimaiyyətinə təqdim olunub. Təntənəli mərasimdə gənclər açarla birgə, 50 metr uzunluğunda dövlət bayrağını da rayon boyunca daşıyıblar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin keçirdiyi onlayn səsvermənin nəticələrinə görə, Şəmkir şəhəri 2016-cı ilin "Gənclər Paytaxtı" seçilib. Rayonun mərkəzi prospektində sakinlər "Gənclər Paytaxtının" simvolik açarını sevinclə qarşılayıblar. Heydər Əliyev prospektindən başlanan gəzinti Ulu öndərin adını daşıyan mərkəzin önündə başa çatıb. Rəsmi hissədə çıxış edənlər gəncləri təbrik ediblər. Bu il Şəmkirdə gənclərlə bağlı müxtəlif tədbirlər, layihələr reallaşacaq. Onların regionun ictimai-siyasi və mədəni həyatında daha fəal iştirakı təmin ediləcək. Şəmkir birinci mərhələdə Təşkilat Komitəsi təqdim edilən sənədlər əsasında seçimlə, ikinci mərhələdə isə internet səsvermə yolu ilə "Gənclər Paytaxtı" olaraq müəyyənləşdirilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə