“Gənclər günü” Səbail rayonunda qeyd olunub

“Gənclər günü” Səbail rayonunda qeyd olunub

2 Fevral - Gənclər günü münasibəti ilə Səbail Rayon Gənclər və İdman İdarəsi və YAP Səbail rayon təşkilatı ilə birgə rayonun gənclərinin böyük bir qrupunun iştirakı ilə tədbir keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, tədbirin əvvəlində iştirakçılar YAP Səbail rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.

Dövlət himni səsləndirildikdən sonra giriş sözü ilə tədbiri açıq elan edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ümummmilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə keçirilən Gənclərin I Forumunda 2 Fevral - Gənclər gününü təsis etməklə gənclər hərəkatının ümumi strategiyasını və ideologiyasını oğlan və qızların ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirirərək perspektivlərin istiqamətlərini göstərdi. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin "Gənclər ili" elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu. 2011-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.

Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı" təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir.

Qeyd olundu ki, Səbail rayon əhalisinin təqribən 26,0 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.

Sonra Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov və rayonun fəal gənclərindən Azərbaycan Dövlət Neft Şirkətinin Memarlıq İnşaat şöbəsinin qrup rəisi Nəbi Məmmədov, İqtisad kollecinin TGT sədri Anar Əliyev, Bibiheytbət NQÇİ-nin YAP təşkilatının sədri Ruslan Abışov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Günay Qarayeva çıxış etmiş, rayonda gənclərlə bağlı görülən işlər və keçirilən tədbirlərdən danışmış, gəncləri maraqlandıran məsələlərə toxunmuş, gəncləri bayram münasibəti ilə təbrik edərək onlara uğurlar arzulamışlar.

Tədbirin sonunda rayonun içtimai-siyasi həyatında fərqlənən bir qrup gənc Fəxri Fərman və qiymətli hədiyyələrə təltif olunmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə