"Koka-kola" şirkətinin rəhbəri vəfat etdi

"Azərbaycan Koka-kola Bottlers" (Azerbaijan Coca-Cola Bottlers - ACCB) şirkətinin 1969-cu il təvəllüdlü baş direktoru Cem Becel vəfat edib. Bakıda idman zalında dünyasını dəyişən C.Becel 21 yaşında "Koka-kola"nın satış meneceri kimi işə start verib.

Anadolu Universitetində İqtisadiyyat fakültəsini bitirib. Elə tələbəlik illərindən bu şirkətin satış departamentində çalışıb. Karyerasını inkişaf etdirən C.Becel 2010-cu ilin martından şirkətin İordaniyada baş direktoru vəzifəsində çalışıb.

2014-cü ildə isə şirkətin Bakı rəhbərliyinə gətirilib. C.Becel basketbolçu olub. O, bu il yanvarın 25-də keçirilən "Olimpiya Hərəkatı" adlı məktəblilərin idman yarışında təlim-məşq prosesində iştirak edib.

Bu proqram Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdu. Qeyd edək ki, Becel fevralın 2-də idman zalında basketbol məşqi edərkən vəziyyəti pisləşib. İş adamı infarktdan dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə