Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Malena Mardla görüş keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, M.Mard Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən münasibətlərdən danışıb. O, təşkilatın ölkəmizdəki nümayəndəliyinin fəaliyyəti haqqında məlumat verib.
Diplomat Avropa İttifaqının müxtəlif institutlarının ölkəmizdəki müvafiq qurumlarla əməkdaşlığının genişləndirilməsinə çalışdıqlarını deyib. O, eyni zamanda, Şuranın dəstəyi ilə təhsil sahəsində fəaliyyət göstərən QHT-lərlə daha yaxından işləməyi və onların layihələrinin maliyyələşdirilməsini nəzərdə tutduqlarını qeyd edib. M.Mard regionlardakı QHT-lərin institusional inkişafı sahəsində də Şura ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Azay Quliyev vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Şuranın 2016-cı ildə regionlarda həyata keçirdiyi təlim və seminarlar haqqında səfirə məlumat verib. O, Avropa İttifaqı ilə ikitərəfli münasibətlərin inkişafında QHT-lərin mühüm rola malik olduğunu deyib və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB