Gürcüstana səfər edən azərbaycanlıların sayı 1,3 milyon

Gürcüstana səfər edən azərbaycanlıların sayı 1,3 milyon

2015-ci ildə Gürcüstana 1,3 milyon Azərbaycan vətəndaşı səfər edib. Bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları arasında ikinci yerdədir.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze fevralın 2-də keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, ötən il Gürcüstana gələn Azərbaycan vətəndaşlarının sayı 2014-cü illə müqayisədə 9 faiz çox olub.

Ümumilikdə isə ötən il Gürcüstana 6 milyon nəfərə yaxın xarici ölkə vətəndaşı səfər edib. Administrasiya rəhbərinin sözlərinə görə, xarici turistlərin sayının çoxalması ölkənin dövlət büdcəsinin gəlirlərinin artmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə