Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə İbrahim Eldar oğlu İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB