Bildirmək yerinə düşər ki, bir çox ölkələrdə "dövlətin gənclər siyasəti" adlı ifadə yoxdur. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti artıq bir çox Avropa və dünya ölkələrinə nümunə ola biləcək səviyyəyə gəlib çatıb. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi, onlara diqqət və qayğının təzahürü olan bir sıra fərman və sərəncamların imzalanması Azərbaycan gəncliyini daha fəal olmağa çağırdı.
İlk öncə Gənclər və İdman Nazirliyinin yaranması, 1996-cı il fevralın 2-də keçirilən gənclərin I Forumu Ulu Öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi və bu gunə kimi hər il 2 fevral Gənclər Günü kimi qeyd olunur. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Bu gündə ölkədə aparılan gənclər siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq ölkə gəncləri dövlət quruculuğunda yaxından iştirak edir və Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil edirlər. Cənab prezident İlham Əliyevin gənclər siyasətinə olan diqqəti hər bir gənclər təşkilatının öz işində və fəaliyyətində uğurla əks olunur. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması,"2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq olunması ilə bağlı sərəncamın imzalanması buna sübutdur.
Artıq ölkədə aparılan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təsis edilməsi gənclərə və gənclər təşkilatlarına yeni bir nəfəs verdi. Fondun hər il elan etdiyi müsabiqələrdə yüzlərlə gənc və gənclər təşkilatları bəhrələnir və yeni yeni layihələr həyata keçirirlər. Bu həm də regionlarda keçirilən layihələrərin artması və region gənclərinində bundan bəhrələnməsi deməkdir. Ümumilikdə Fond bu zamanadək minlərlə gəncin ideyalarının reallaşdırmasınadəstək vermişdir.Demək yerinə düşər ki Azərbaycan Respublikasının Prezidenti yanındaGənclər Fondunun gənclər üçün ayırdığı maliyyə Avropa Gənclər Fondunun bütün Avropa ölkələri üçün ayırdığı maliyyədən dəfələrlə çoxdur.
Eyni zamanda Gənclər və İdman Nazirliyi də gənclərə dəstək verən qurumlar sırasındadır. Ölkəmizdə keçirilən mötəbər idman yarışları buna bir daha subutdur.
Bizdə gənclər olaraq yaradılan bu şəraitə görə dövlətimizə təşəkkür edirik və aparılan uğurlu gənclər siyasətinə müəyyən qədər töhfə verməyə çalışırıq. Azərbaycan gənci hər zaman öz dövlətinin yanında olacaqdır.
Bayramınız mübarək!
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB