3 kəndin əhalisi sevindi

Bu gün Bərdə rayonunun Xəsili, Köbərkənd və Qazaxlar kəndlərinə təbii qazın verilişi bərpa edilib. SİA-nın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 775 abonenti olan kəndlərin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 58 960 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə