Cövdət Hacıyev adına 3 saylı uşaq musiqi məktəbində Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsini əhatə edən RİH Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilıb. SİA-nın xəbərinə görə, bu ərazidə yerləşən idarə və təşkilatların, təhsil, səhiyyə və digər müəssisələrin, təsərrüfat xidmətlərinin, yerli bələdiyyənin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2015-cü il ərzində bu ərazidə həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elnur Seyidov bildirib ki, ötən il nümayəndəliyin ərazisində Su İdmanı sarayının, Veloparkın, Avropa Oyunları Parkının, Bayıl Bulvarının, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl Bulvarında inşa olunmuş piyada keçidinin, YARAT Müasir İncəsənət Mərkəzinin, Səbail İş Mərkəzinin açılışları olub. Hazırda ərazidə Səbail rayon Prokurorluğunun, Ali Neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin və kütləvi informasiya vasitələri işçiləri üçün yeni binanın tikintisi davam edir.
2015-ci ildə ərazidə 1 yaşayış kompleksinin və 3 çoxmənzilli binanın üzlənməsi üzlənməsi başa çatmış, sakinlərin elektrik enerjisi, qaz təsərrüfatı, istilik, su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı müvafiq işlər aparılıb. Ötən il ərazidə aparılan ağacəkmə aksiyalarında Bayıl yamacı, Qafur Məmmədov parkı ərazisində yol kənarlarında 7 mindən çox yeni ağac əkilib, onlara qulluq göstərilməsi nəzarətdə saxlanılır.
Hesabat və çıxışlardan sonra sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib. Ərazinin gələcək inkişafı, yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, ərazinin sanitar təmizliyi, nəqliyyatla və 20-ci sahənin qaz təchizatında yaranmış problemlər barədə müraciətlər dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.
Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə danışıb, 2015-ci ildə rayonda görülən işlər və yaxın vaxtlarda 2 saylı nümayəndəliyin ərazisində həyat keçiriləcək layihələr barədə ətraflı məlumat verib.
Yığıncaqda Səbail Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəhbəri təyin olunmuş Rüfət Əhmədzadə rayon ictimaiyyətinə təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB