Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) və Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu (AMİD) Azərbaycan Gəncləri Gününü qeyd ediblər. "Olimpiyski" İdman Kompleksindəki buz meydançasına yığışan yüzdən çox gənc konki sürdükdən sonra bayram şənliyini kafedə davam etdiriblər. Gənc fəallar musiqi nömrələri, ənənəvi Azərbaycan rəqsləri ilə çıxış ediblər.
ÜAK-ın icraçı direktorunun gənclərlə iş üzrə müavini Cavid İbrahimov, AMİD-in direktoru, ÜAK-ın Moskva şəhəri üzrə icraçı direktoru Şamil Tağıyev təbrik nitqi ilə gənclərə müraciət ediblər. Moskva ali məktəblərinin Azərbaycan klublarının fəalları da təbriklərə qoşulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB