Fevralın 1-də Sabunçu Rayon Gənclər Evində Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın "Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda iclası keçirilib.
Tədbirdə Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək Azərbaycan gənclərinin dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlərdən danışan N.Mehdiyev "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıq prosesində və yarışların keçirilməsi zamanı könüllülərin mühüm rol oynadıqlarını söyləyib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclər təşkilatlarının təmsil olunduğu İctimai Şuranın gördüyü işlərlə bağlı məlumat verib. O, Şuranın ideyalarının dövlət tərəfindən dəstəklənməsində Gənclər və İdman Nazirliyinin də fəallıq göstərəcəyini bildirib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsində müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu siyasət gənc nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Bu günlərdə Prezident İlham Əliyev gənclərlə görüşərək onların fikir və təkliflərini dinləyib. Prezident İlham Əliyev həmin görüşdə gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi və gənc sahibkarlara dəstək məqsədilə əlavə tədbirlərlə bağlı təkliflərin hazırlanmasını tapşırıb. Yaxın zamanlarda təkliflərimizi hazırlayıb aidiyyəti dövlət qurumları ilə razılaşdırdıqdan sonra ictimaiyyətə təqdim edəcəyik.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev istər fərdi gənclərin, istərsə də gənclər təşkilatlarının təşəbbüs və layihələrinin Azərbaycan dövləti tərəfindən daim dəstəkləndiyini diqqətə çatdırıb. O, bu günədək gənclər təşkilatlarının 709 layihəsinin dəstəkləndiyini deyib. Bildirib ki, Fondun dəstəklədiyi layihələr ölkəmizin bütün regionlarını əhatə edir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini daha da inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclərimizin mühüm uğurlar qazandıqlarını vurğulayıb.
Tədbirdə Prezident İlham Əliyevin ötən il yanvarın 26-da imzaladığı Sərəncamla təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"ndan irəli gələn vəzifələrin icrasına dair gənclər təşkilatları tərəfindən irəli sürülən təşəbbüs, təklif və layihələrlə bağlı müzakirələr aparılıb.
Sonda ötən il uğurlu layihələrin müəllifi olan gənclər təşkilatlarına mükafatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB