Vergilər naziri Şəmkirdə ictimaiyyət nümayəndələri ilə görüş keçirib FOTO

Vergilər naziri Şəmkirdə ictimaiyyət nümayəndələri ilə görüş keçirib FOTO

Şəmkirdə sənaye zonasının yaradılması imkanları nəzərdən keçiriləcək. Bu barədə vergilər naziri Fazil Məmmədov ictimaiyyət nümayəndələri ilə görüş zamanı bildirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonda kənd təsərrüfatının, turizmin inkişafı üçün böyük potensial olduğunu bildirən nazir yerli sahibkarları öz fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə və yerli istehsala söykənən layihələrə sərmayə yatırmağa çağırıb. Ötən il Şəmkirdə 3 min 337 yeni iş yeri yaradılıb ki, onun da 587-i daimi olub. Yeni müəssisələr açmaqla bu sayı artırmaq olar. Nazir Şəmkir rayonunun dövlət büdcəsindən aldığı dotasiyanın azaldılması istiqamətində müvafiq addımlar atılmasını vacib hesab edir. 2016-cı il üzrə rayon büdcəsi 39,66 milyon manat müəyyən edilib ki, onun da 10,75 milyon manatı yerli gəlirlərdən daxil olmalar hesabına formalaşır. Sahibkarlar kredit resurslarının ayrılması, fermerlərə texnikaların verilməsi, kənd təsərrüfatı məhsullarının satışı və xarici bazarlara çıxarılması kimi təkliflərlə çıxış ediblər. Müraciət və təkliflər qeydiyyata alınıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə