"Qəhrəmanlar unudulmur" LAYİHƏ

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VII qrant müsabiqənin qalibi olmuş "Qəhrəmanlar Unudulmur" adlı layihənin növbəti tədbiri Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatında keçirildi. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının əməkdaşı Nəbi Hacıyev dünyanın ən qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı özünün tarixi ,maddi-mədəni abidələri, zəngin ədəbiyyatı ,incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, onun tarixini yaradan şəxsiyyətlərlə,vətənin azadlığı naminə canını fəda edən oğul və qızlarımızla da haqlı olaraq öyündüyünü söyləyib.

Həmçinin xalqımızı yadelli düşmənlərdən qoruyan Varaz oğlu Cavanşir, Uzun Həsən, Şah İsmayıl Xətai, Babək və Koroğlunun da qəhrəmanlıqlarından iştirakçılara ətraflı məlumat verdi. Nəbi Hacıyev bu nöqteyi nəzərdən "Qəhrəmanlar unudulmur" adlı layihənin aktual olduğunu qeyd edib.

Daha sonra layihə rəhbəri Fatimə Hüseynzadə bu layihə haqqında ətraflı məlumat verib və azadlığımız, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəmanlarımızın şücaətlərinin unudulmaması və gələcək nəsillərə ötürülməsi istiqamətində təkliflərini irəli sürüb.

Tədbir layihədə iştirak edən gənclərin sualları ilə müzakirəli şəkildə davam edib

Bütün xəbərlər Facebook səhifəmizdə