Türkiyədə azərbaycanlı qıza küçənin ortasında sürpriz evlilik təklifi FOTOLAR

Türkiyədə azərbaycanlı qıza küçənin ortasında sürpriz evlilik təklifi FOTOLAR

Türkiyədə azərbaycanlı qıza küçənin ortasında evlilik təklifi edildi. SİA-nın məlumatına görə, Silivri sahili qeyri-adi evlilik təklifinin şahidi olub.

Murat Ali Bayar adlı gənc bir müddətdir birlikdə olduğu sevgilisi Asime Şabanoğluna sürpriz bir evlənmə təklifi edib. Maşınları ilə sahilə gələn gəncləri klarnet, nağara çalan musiqiçilər qarşılayıblar. Əlində gül dəstəsi və üzük olan oğlan evlilik təklifini şeirlə səsləndirib. "Konya dəliqanlısıyam, gərəkirsə məzara belə dik girərəm. Həyatımın geri qalan hissəsini sənin yanında olmaq istəyirəm. Mənimlə evlənərsən?" - deyə, edilən təklifə azərbaycanlı qız "bəli" deyə cavab verib.

Murat Ali Bayar və azərbaycanlı sevgilisi üzük taxılandan sonra dostları yaxınlıqdakı insanlara şirinlik paylayıblar.

Təklifinə müsbət cavab alan bəy baş nazir Əhməd Davudoğluna da müraciət edib. "Baş nazirimizin bir vədi var idi. "Bütün subay gəncləri evləndirəcəyik" demişdi. Nişanlımın ailəsi Azərbaycandadır, o özü də Azərbaycan vətəndaşıdır. Ondan yeganə istəyim araya girib bu işi asanlaşdırmasıdır. Biz bir millət, iki dövlətik. Bir telefon bir çox qapını aça bilər. Baş nazirimizin məni duyacağına, qayğımıza qalacağına inanıram".



Türk gənci dostları da yalnız qoymayıb.

anspress

Bütün xəbərlər Facebook səhifəmizdə