Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunda 2 fevral Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Baş konsulluq və Aktau şəhərinin Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən təşkil olunmuş tədbirdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) Qazaxıstan Xalqları Assambleriyasının nümayəndələri, Aktau şəhərinin ali təhsil müəssisələrində təhsil alan tələbələr, Aktau şəhərinin 6 saylı məktəbində fəaliyyət göstərən Azərbaycan dilini, ədəbiyyatını və tarixini tədris edən Bazar günü məktəbinin müəllim və şagirdləri iştirak ediblər. Baş konsulluqdan SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş 2 fevral - Gənclər Gününün tarixindən danışdı. O, gənclərlə bağlı ölkəmiz tərəfindən aparılan siyasətin Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, çox saylı dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramlarının təsdiq edilməsi ölkəmizin gənclərimizə verdiyi yüksək dəyər və qayğısı olduğunu bildirdi. E.Zeynalov bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənclərimizlə bağlı həyata keçirilən çox saylı tədbirlər haqqında danışaraq, çoxsaylı istedadlı gənclərin xarici ölkələrin aparıcı ali təhsil müəssisələrində təhsil almaları, gənclərimizin idmanın müxtəlif növlərində uğur qazanmaları ölkəmizin gənclərimizlə bağlı həyata keçirdiyi uğurlu siyasətinin bir hissəsi olduğunu qeyd etdi.
Daha sonra Manqistau vilayət akimliyinin (qubernatorluğunun) şöbə müdiri, soydaşımız Samirə Abdullayevə çıxış edərək, təmsil etdiyi qurumun rəhbərliyi adından tədbir iştirakçılarını gənclər günü münasibəti ilə təbrik etdi və tələbələrə təhsillərində uğurlar arzuladı.
Çıxışlardan sonra tədbir gənc musiqiçilərin ifasında milli və müasir musiqilərlə və rəqslərlə davam etdirildi.
Tədbirdə, gənclər tərəfindən hazırlanmış milli yeməklər, müxtəlif salatlar və şirniyyatlar iştirakçılara təqdim olundu.
.jpg)
.jpg)
.jpg)
.jpg)




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB