Xəbər verdiyimiz kimi, Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir. İclasda Azərbaycanın dövlət himni səsləndirildikdən sonra, deputat, akademik Cəlal Əliyevin xatirəsi bir dəqqəlik sükutla yad edilib.
Gündəlikdəki ilk iki məsələ "Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının təşkil edilməsi" və "Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi" haqqında qanun layihələri olub.
İntizam komissiyası aşağıdakı tərkibdə yaradılıb:
Abıyev Ağacan Qulam oğlu,
İbrahimgızı Məlahət İbrahim qızı
Fətiyev Xanlar Nuru oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Nəbizadə Kamran Telman oğlu
Parlamentin Hesablayıcı komissiyası isə aşağıdakı tərkibdə yaradılıb:
Heydərov Fəttah Səməd oğlu
Vəliyeva Sədaqət Süleyman qızı
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Hüseynov Rafael Baba oğlu
Kazımlı Xanhüseyn Hüseynağa oğlu
Orucov Zahid Məhərrəm oğlu
Zabelin Mixail Yuryeviç
Qanun layihələri səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB