"İrəli" İctimai Birliyi “Gənclik veloyürüşü” keçirib FOTOLAR

"İrəli" İctimai Birliyi “Gənclik veloyürüşü” keçirib FOTOLAR

Bu gün "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gənclər Gününə həsr edilən "Gənclik veloyürüşü" keçirilib. SİA xəbər verir ki, yürüş Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Birliyinin və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə təşkil olunub.

200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı yürüşün iştirakçıları arasında gürcüstanlı həvəskar velosipedçi, dünya səyahəti çərçivəsində Azərbaycandan keçən Nodar Beridze də olub.

Yürüş iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək Azneft meydanı–Neftçilər prospekti–Heydər Əliyev Mərkəzi–Səməd Vurğun bağı–Rəşid Behbudov küçəsi–Heydər Əliyev Sarayı–Səməd Vurğun küçəsi–Dəniz vağzalı marşrutu üzrə hərəkət ediblər.

Veloyürüşün məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə