Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin cəsədi Vətənə gətirilib
Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar nazirliyin "BE-200ÇS" amfibiya tipli təyyarəsi cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə yanvarın 30-da istintaq qrupu ilə birgə Türkmənistana yola düşüb.
Yanvarın 30-da nazirliyin "BE-200ÇS" amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb. Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB