Prezident gəncləri təltif etdi

Azərbaycan Prezidenti bir qrup gəncin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Abdullayev Əkrəm Kamal oğlu

Qürbətov Faiq Akif oğlu

Mehdiyev Nurəddin Səftər oğlu

Orucov Seymur Vaqif oğlu

Seyidzadə Şahin Kamil oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə