Fiziologiya İnstitutunda alimlərlə şagirdlərin görüşü olub

Fiziologiya İnstitutunda alimlərlə şagirdlərin görüşü olub

ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq elm və mühəndislik sərgisi çərçivəsində təşkil olunmuş "Sabahın alimləri" V Respublika müsabiqəsində layihələrlə iştirak edən 132-134 saylı Təhsil kompleksinin yuxarı sinif şagirdləri bugün AMEA-nın A.İ.Qarayev adına Fiziologiya institutunda institutun aparıcı alimləri ilə görüşdə olublar. SİA-ya Fiziologiya İnstitutundan verilən məlumata görə, İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova şagidrlərlə söhbətində elmlə təhsilin sıx əlaqələrinin olmasının respublikamızda elmin gələcəyi üçün əhəmiyyətindən söz açıb və şagirdlərin müxtəlif elmi müsabiqələrdə iştirakının vacibliyini vurğulayıb.

Sonra şagirdlərin təqdim etdiyi "Sağlam həyat tərzi layihəsi - sağlam nəsil" ətrafında müzakirələr aparılıb, institutun mütəxəssislərinin tövsiyyələri səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə