Zorakılıq qurbanlarına müavinətlərin verilməsilə bağlı müraciət mart ayında cavablanacaq Açıqlama

Zorakılıq qurbanlarına müavinətlərin verilməsilə bağlı müraciət mart ayında cavablanacaq Açıqlama

Məişət zorakılığı qurbanlarına birdəfəlik müavinətlərin verilməsi məqsədilə Nazirlər Kabinetinə edilmiş müraciətlə bağlı mart ayında yenilik gözlənilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu barədə SİA-ya məlumat verib. O bildirib ki, bu məsələ ilə bağlı yeniliklər yaz aylarında gözlənilir.

Elgün Səfərov Nazirlər Kabinetinə göndərilən bu müraciətin ümumi təklif xarakteri daşıdığını deyib: "Biz bu müraciəti hüquqi sənəd şəklində deyil, ümumi təklif şəklində etmişik. Məsələ ilə bağlı hər hansı bir yenilik isə mart ayında ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə