Yanvarın 29-da Beyləqan rayonunun Qaralılar kəndinə ilk dəfə təbii qaz verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 242 abonenti olan Qaralılar kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumilikdə 34738 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB