Qəbiristanlıqlardan necə istifadə ediləcək?

Qəbiristanlıqlardan necə istifadə ediləcək?

Milli Məclisdə yeni qanun layihəsi hazırlanıb. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə məlumat verib. Bildirib ki, komitədə "Azərbaycanda qəbiristanlıqların istifadəsi haqqında" qanun layihəsi hazırlanıb: "Bu layihənin şəhər, rayon və qəsəbə bələdiyyələrinin assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır ki, onlar da müzakirə etdikdən sonra öz təkliflərini versinlər. Qanun layihəsi yaxşı olsa da, çox vəsait tələb edən məsələdir. Vəsaitin haradan necə tapılması haqqında düşünmək lazımdır. Bu, gündəmdə olan məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə