Naməlum şəxslər 40 avtomobilə od vurdu

Naməlum şəxslər 40 avtomobilə od vurdu

İspaniyanın Barselona şəhərində naməlum şəxslər 40 avtomobilə od vurub. Nəticədə 17 nəqliyyat vasitəsi tamamilə yanaraq kül olub. 23 avtomobilə isə ciddi ziyan dəyib. Polisin məlumatına görə, hadisə gecə saatlarında turistlərin sıx toplaşdığı bölgədə baş verib. Əcnəbilər hadisədən sonra ciddi narahatlıq keçirib.

Guman edilir ki, xuliqanlar bilərəkdən darısqal küçədə nəqliyyat vasitələrindən bir neçəsini yandırıb. Maşınlar bir-birlərinə yaxın park edildiyinə görə, alov sürətlə digər nəqliyyat vasitələrinə keçib. Dərhal hadisə yerinə cəlb edilən yanğınsöndürənlər, alovun daha geniş ərazilərə yayılmasının qarşısını alıb.

Polis hadisənin kimlər tərəfindən törədildiyini araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə