Bunun üçün isə dövlət qrumları tərəfindən iş aparılır
Yeni iş yerləri açılacaq

Son illər ərzində ölkəmizdə böyük həcmdə yeni iş yerləri açılsa da onların artırılmasına ehtiyac duyulur. Bunun üçün isə dövlət qrumları tərəfindən iş aparılır. İqtisadçılar isə hesab edir ki, beynəlxalq təcrübədən faydalanmaq prosesin sürətli və davamlı olmasına şərait yarada bilər.

Azərbaycanda yeni iş yerlərinin açılması üçün dövlət qurumları tərəfindən iş aparılır. Bunun üçün beynəlxalq təcrübə öyrənilir. İqtisadçılarının fikrincə, böhran vəziyyətində ilkin mərhələdə müvəqqəti əsaslı baza hazır olduqdan sonra isə daimi iş yerlərinin açılması təklif edilə bilər. Eyni təcrübəyə inkişaf etmiş dövlətlərdə də rast gəlinir.

Daimi iş yerlərinin yaradılması üçün ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı vacibdir. Belə olduqda isə həm rəqabət mühiti inkişaf edər, həm də çoxsaylı yeni iş yerləri açılar.

Ölkəmizdə, xüsusən də şəhərlərə axının qarşısını almaq və rayonlarda iş yerləri açmaq üçün kənd təsərüfatının daha da inkişafına ehtiyyac var.

Kənd təsərüfatı sahəsində rahat xammal əldə edildikdə isə həmin məhsulları istehsal prosesindən keçirməklə dünya bazarınada çıxmasını təmin etmək olar. Bundan başqa peşə təhsilinin inkişafınada ciddi ehtiyyac duyulur.

Bütün xəbərlər Facebook səhifəmizdə