Bu il ölkənin taxıla olan tələbatını 100 faiz ödəmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov məlumat verib.
O bildirib ki, bu il ölkənin kənd təsərrüfatı məhsullarını, xüsusilə bitkiçilik və taxılçılıq sahəsini inkişaf etdirmək, milli məhsula olan tələbatı yerli istehsal hesabına tam ödəmək Kənd Təsərrüfatı Nazirliyi qarşısında duran əsas məqsədlərdən biridir.
Onun sözlərinə görə, taxılçılıq sahəsi ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahədir və bu sahədə müasir texnologiyalar tətbiq etməklə məhsullarımızı artırmaq olar: "Söhbət taxıl istehsalını ekstensiv üsulla artırmaqdan getmir. Yəni biz taxıl istehsalını ərazilərin genişləndirilməsi hesabına yox, vahid əkin sahəsi üzrə məhsuldarlığı artırmaqla həyata keçirəcəyik. Məqsədimiz mütərəqqi və səmərəli texnologiyalar tətbiq etməklə məhsuldarlığı qaldırmaq və ölkənin taxıla olan tələbatını 100 faiz ödəməkdən ibarətdir".
Üzümçülük sahəsinə olan qayğıdan danışan İmran Cümşüdov bu sahənin çox gəlirli bir təsərrüfat sahəsi olduğunun qeyd edib: "Üzümçülük sahəsinin inkişaf etdirilməsi də nazirliyin qarşısında duran əsas vəzifələrdən biridir. Hazırda ölkənin üzümçülüklə məşhurlaşmış bölgələrində yeni və müasir üzüm bağları salınır. Yeni bağların salınması hesabına buradan yüksək keyfiyyətli məhsul əldə edilir. Təbii ki, üzüm bağlarının genişləndirilməsi, intensiv metodların tətbiqi ilə bağlı da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən işlər həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB