Azərbaycan reytinqdə yüksəldi

Azərbaycanın Ekoloji Effektivlik İndeksi reytinqi üzrə göstəricisi yüksəlib. SİA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan Ekoloji Effektivlik İndeksi reytinqində Azərbaycan son 10 ildəki göstəricilərini 18,1 faiz yaxşılaşdıraraq 180 ölkə arasında 31-ci sırada yer alıb.

Azərbaycan bu göstəricisinə görə bütün MDB ölkələrini qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə