Prezident yeni səfirlər təyin etdi və... SƏRƏNCAM

İki səfir isə geri çağırıldı
Prezident yeni səfirlər təyin etdi və... SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni səfir təyinatı ilə bağlı sərəncamlar imzalayıb. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq Vaqif İsmayıl oğlu Sadıqovu Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, Elxan Cahangir oğlu Qəhrəmanovu Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri, Tural Anar oğlu Rzayevi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Digər sərəncamlarla Elman Hidayət oğlu Zeynalov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, İlqar Yusif oğlu Muxtarov isə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə