Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan etməsində məqsəd Azərbaycanda multikulturalizmin ənənələrinin qorunub saxlanılmasını, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsidir. Əsrlər boyu Azərbaycanda mültimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Onlarla millətin və xalqların nümayyəndələri Azərbaycanı öz vətənləri kimi qəbul etmiş və artıq uzun illərdir ki, bir ailə kimi yaşayırlar. Multikulturalizm Azərbaycanda artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir.
Multikulturalizmin əsasında müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlar əsasında birgə yaşama ideyası dayanır. Bu zaman mədəni, dini, etnik və digər xüsusiyyətlərə zərər dəyməməlidir. Əsl multikulturalizmin höküm sürdüyü cəmiyyətə nail olmağın vasitələri tolirantlıq, qanunlara və bir-birinin azadlığına hörmət təşkil edir.
Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayyəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılmışdır. Azərbaycanın müstəqilliyi bərpa olunduğundan sonra ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb və bu siyasət ildən- ilə daha da güclənir.
Azərbaycan multikulturalizm cəhətdən dünyaya nümunə olan bir ölkəyə çevrilmişdir. Azərbaycanda multikulturalizm dövlət siyasətinə çevrilmişdir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı bir dövlət kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün Azərbaycanda mədəni, etnik müxtəlifliyin qorunmasına yönələn və uğurla həyata keçrilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənələri qoruyub saxlamağa və daha da inkişaf etdirməyə yönəlmişdir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolirantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 15 may 2014-cü il tarixli Fərmanı ilə "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi" yaradılmışdır.
Dövlət başçısı 2015-ci il mayın 18-də bakıda keçrilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açlışındakı nitqində bu barədə deyib "Bizim ölkədə Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökümətmizin atdığı bir addım idi".
Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanın tolirantlıq ənənələrinin dünya miqyasında təbliği üçün böyük işlər görür. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu istiqamətdə silsilə tədbirlər keçrilir. Məsələn birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə "Dini tolirantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda keçrilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun əhəmiyyətini göstərdi.
"Ekstrmizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətmizdə dözümlülük, sülhsevərlik, tolirantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır", - deyə Mehriban Əliyeva bu konfransda vurğulayıb.
Multikulturalizm bu gün Azərbaycanda gedən demokratik inkişafın ayrılmaz bir hissəsidir. Bu çərçivədə reallaşan beynəlxalq tədbirlərin Azərbaycanda keçrilməsi ölkəmizdə multikulturalizmin yüksək səviyyədə olmasının göstəricisidir. Bu ilin mart ayının 10-11-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Çoxqütüblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumu keçriləcək. Bu Forumda dünyada etnik və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə olunacaq və problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaqdır. Qeyd etmək lazımdır ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumuda 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçrilmişdir. IV Qlobal Bakı Forumu və BMT-nin Sivilizasiyalar Alyansının 25-27 aprel tarixlərində Bakıda keçriləcək 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikulturalizm ənənələrinə və bu sahədə yaranmış mühütə münasibətinin real ifadəsidir. Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu istiqamətdə də uğurlu inkişafını davam etdirəcəkdir. Bunun üçün Azərbaycanda zəruri olan siyasi və sosial şərait mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB