İstanbul-Bakı reysi təxirə düşdü

İstanbul-Bakı reysi təxirə düşdü

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar 28 yanvara təyin olunmuş İstanbul-Bakı reysini təxirə salıb. SİA-nın aviaşirkətin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, "Türkiyə Hava Yolları" təyyarəsinin İstanbuldan uçuşu yanvarın 28-də yerli vaxtla səhər saat 08:15-ə təyin olunmuşdu.

İstanbul-Bakı və Bakı-İstanbul reysləri üzrə bütün digər uçuşlar müvafiq cədvəl üzrə qüvvədə qalıb.

Qeyd edək ki, son günlər əlverişsiz hava şəraiti ilə əlaqədar "Türkiyə Hava Yolları" aviaşirkəti tərəfindən təxirə salınan reyslərin sayı artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə