23 Yanvar tarixində "Baku Bus"-a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. SİA xəbər verir ki, bu barədə "Baku Bus"un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Hadisə nəticəsində zərərçəkən var. Hazırda araşdırma aparıldığından hadisəni törədənlərlə bağlı məlumat verilməyib.
Nuridə Allahyarova: "İçərisi sərnişin dolu avtobusun daşa basılması səbəbinin sırf "zarafat" olduğunu güman etsək, cəzalandırılmayan zarafatların nəticədə vətəndaşa xidmət edən əmlaka ziyan vurması, sərnişinin bədən xəsarətləri alması ilə yekunlaşdığını düşündükcə bu cür neqativ hallara ətrafdakı vətəndaşlar tərəfindən də müdaxilə edilməsini xahiş edirik. İçərisi sərnişin dolu avtobusun şüşələrini daş qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə ağrılıdır. İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarınıza ölçü qoyun. "BakuBus" olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyan şəxslər törətdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB