Böyükşor gölü belə olacaq

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsinə başlanılır. Bununla da göl bütövlükdə təmizlənmiş olacaq və təxminən min hektar ərazi paytaxt sakinlərinin ixtiyarına veriləcək. Bununla parallel olaraq Zığ gölünün təmizlənməsi də həyata keçiriləcək. Detallari işi həyata keçirən "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov danışib.

Zakir İbrahimovun sözlərinə görə, buradakı işlərin aparılması üçün tendər artıq yekunlaşıb və yaxın 1 il ərzində sənədləşdirmə və layihələndirmə işləri aparılacaq. Ondan sonra isə bərpa və yenidənqurma işlərinin də təxminən 1-1il yarım ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Böyükşor gölünün bərpasının 1-ci mərhələsində olduğu kimi, burada da sakinlər üçün gəzinti zolaqları, iaşə obyektləri , bir sözlə istirahət üçün bütün şəraitin yaradılması nəzərdə tutulur.

Böyükşor gölü ilə paralel olaraq, paytaxtın ən böyük göllərindən olan Zığ gölündə də analoji işlər aparılacaq. Bu göllə də bağlı keçirilmiş tendər yekunlaşıb və hazırda layihələndirmə işi aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə