“Avropa könüllülük xidməti” koordinatorlarının Bakı iclası keçirilib
Cari ilin 23- 24 yanvar tarixlərində Bakıda gənclər təşkilatlarının iştirakı ilə, Avropa Komissiyasının "Avropa könüllülük xidməti" koordinatorlarının növbəti Bakı iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İcraçı direktoru Şəmsi Gülverdiyev iştirak edib.
Əsas məqsədi Azərbaycandakı tələbə-gəncləri Avropa könüllülük layihələrinə cəlb etmək olan iclasda proqrama qoşulma qaydaları iştirakçılar üçün təqdim edilib. İclasda avropalı mütəxəssislər iştirakçılara "Erasmus" və "Youth in action" proqramlarının fərqləri və onların faydaları haqqında məlumat veriblər.
ATGTİ-nin İcraçı direktoru Şəmsi Gülverdiyev tədbirdə Azərbaycan gəncinin bu proqrama qoşulması mərhələsində mövcud problemlərini bildirdi və onları həll istiqamətində təkliflərini irəli sürdü: "Bildiyiniz kimi Azərbaycan Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının iştirakçısıdır və ölkəmiz bu proqramın tam hüquqlu üzvü olmadığı üçün bəzən azərbaycanlı iştirakçılara əngəllər yaranır".
Xatırladaq ki, ATGTİ 2013-cü ildə "Avropa könüllülük xidməti"-nin akreditasiyasından keçib və könüllü göndərə bilən və qəbul edə bilən təşkilat statusu daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB