Hərbi eskpert: " "Cəsusluq" şousu Ermənistan ordusunu bərbad duruma salacaq” AÇIQLAMA

Hərbi eskpert: " "Cəsusluq" şousu Ermənistan ordusunu bərbad duruma salacaq” AÇIQLAMA

"Ermənistan ordusunda baş vərən hadisələr normal məcradan çıxıb. İndi də daxili proseslərdən fikirləri yayındırmaq üçün hərbçilər və digərlərini Azərbaycana cəsusluqda günahlandıraraq həbs edirlər. Bunlar Ermənistanın vəziyyətinin get-gedə ağırlaşmasının nümunəsidir". Bu fikirləri SİA-ya açıqlamasında müstəqil hərbi eskpert Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, Azərbaycan onsuzda Ermənistanla bağlı bütün məlumatlara sahibdir: "Ermənistan torpaqlarımızı işğal etdiyinə görə, onu potensial düşmən kimi görürük və bütün hərəkətləri izlənilir. Müxtəlif vasitələrlə aidiyyatı orqanlar tərəfindən 24 saat günlük, həftəlik, aylıq lazım olan məlumatlar toplanılır. Ermənistan Rusiyadan asılı dövlətdir. Ona verilən silahlarla bağlı da mütəmadi məlumatlar alırıq. Hətta 2016-cı ilin ikinci yarısında onlara veriləcək ağır silahlar - təyyarə, helikopter və artilleriya qurğuları ilə bağlı da məlumatımız var. Ermənistanın daxilində də başa düşürlər ki, cinayətkar Serj Sarksiyan və Seyran Ohanyan hakimiyyətlərini uzatmaq üçün "cəsusluq" və digər şoulara əl atırlar. Ancaq onların hakimiyyəti çox çəkməyəcək. Ermənistan ictimaiyyəti başa düşür ki, övladlarını işğal olunmuş ərazilərə göndərməklə onları itirirlər. Onların düzəltdikləri "cəsusluq" şousu Ermənistan ordusunu daha da acınacaqlı və bərbad duruma salacaq".

Ekspert vurğulayıb ki, düşmən ölkədən Azərbaycana keçərək, sığınacaq istəyən erməni ailəsi və hərbi qulluqçular da bildiriblər ki, Ermənistan ordusu çökmək ərəfəsindədir və orada çox böyük biyabırçılıqlar hökm sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə