Sabah Bakı Slavyan Universitetinin konfrans zalında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Holokost və Xocalı-müasirlərin gözü ilə" mövzusunda dəyirmi masa keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Bakıda fəaliyyət göstərən yəhudi icmasının təmsilçiləri, Avropa İttifaqı missiyasının nümayəndəsi, xarici ölkə səfirləri, millət vəkilləri, UNESCO-nun Azərbaycan təmsilçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin əməkdaşları, Azərbaycan alimləri və mütəxəssisləri ilə yanaşı xarici tədqiqatçılar iştirak edəcək.
Məlumat üçün bildirək ki, hər il yanvar ayının 27-si BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən Beynəlxalq Holokost qurbanlarının anım günü (İnternational Holocaust Remembrance Day) kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB