Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq

Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq

Sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq, 1 fevral 2016-cı ildən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrut ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 09:15-də Bakı-sərnişin stansiyasına çatacaq. Saat 01:10-da Yalama stansiyasına çatan qatar, 03:30-da oradan yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə