Yağıntı intensivləşəcək yollar buz bağlayacaq

Yağıntı intensivləşəcək yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 0-3 şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-da Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi rayonlarda intensiv olacağı ehtimal var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə