Ermənilər dinc sakini güllələdilər

Təsərrüfatla məşğul olan Ağdam sakini güllə yarası alıb
Ermənilər dinc sakini güllələdilər

Erməni silahlı birləşmələri ötən gün yenidən atəşkəsi pozub, bu dəfə də qarşı tərəf ordumuzun sərt cavabi ilə üzləşib. Açılan atəş nəticəsində cəbhə xəttinin bir neçə yüz metrliyində təsərrüfatla məşğul olan Ağdam sakini güllə yarası alıb. Cəbhə xəttinə yaxın ərazidə əkin işləri ilə məşğul olan sakin güllə yarası alıb.

Ağdamın Təzəkənd qəsəbəsində məskunlaşmış Məhəmməd Fərəcovun kürəyinə güllə dəyib. 59 yaşlı kənd sakininə xəstəxanada müdaxilə edildikdən sonra evə buraxılıb.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub. Qazax, Ağstafa, Tovuz, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının kəndləri yaxınlığında, həmçinin adsız yüksəkliklərdə yerləşən mövqelərdən silahlı qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.

Bütün xəbərlər Facebook səhifəmizdə