Xəzər rayonun Mərdəkan qəsəbəsində Mərdəkan Qəsəbəsi üzrə İhcra Nümayyəndəliyinin və Qəsəbə Bələdiyyəsinin 2015-ilin yekunlarına dair hesabat yığıncağı keçrilmişdir. SİA-nın verdiyi məlumata görə, esabat yığıncağında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisinin deputatı Rauf Əliyev, qəsəbə sakinləri, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Qəsəbə üzrə İcra Nümayyəndəliyinin və Qəsəbə Bələdiyyəsinin hesabatlarında 2015-ci il ərzində qəsəbədə aparılan abadlıq –quruculuq işləri, sakinlərin sosial məsələlərinin həlli ilə bağlı həyata keçrilən tədbirlər barədə qəsəbə sakinlərinə məlumat verildi.

Hesabatlar dinlədildikdən sonra yığıncaq iştirakçılarının onları maraqlandıran məsələlərin həlli ilə bağlı sualları Xəzər Rayon İcra Hakimiyyətinin başçısı G.İslamova və Milli Məclisinin deputatı R.Əliyev tərəfindən cavablandırıldı.

Yığıncağın yekununda G.İslamov 2015-ci il ərzində Mərdəkan qəsəbəsində həyata keçrilən abadlıq və quruculuq işlərini qiymətləndirdi və 2016-cı ildə qəsəbədə həyata keçrilməsi nəzərdə tutulan tədbirlər barədə sakinlərinə məlumat verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB