"Şahmata dəstək" layihəsinin açılışı olub

"Şahmata dəstək" layihəsinin açılışı olub

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Şahmata dəstək" adlı layihənin açılışı tədbiri baş tutub. SİA xəbər verir ki, çıxış edən layihə rəhbəri Mehdi Fərzəlizadə layihə haqqında ətraflı məlumat verərək bildirib ki, gənclərin intellektual olması və məntiqli qərar vermələri üçün şahmat kimi oyunlar vacibdir: "Layihənin məqsədi şahmat oyununa gənclərin marağının artırılmasından ibarətdir".

Çıxış edən YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov YAP GB haqqında ətraflı məlumat verib və layihənin işində uğurlar arzulayıb.

Gənclər Fondunun əməkdaşı Nural Səfəralı Fondun gənclər tərəfindən gələn təşəbbüslərə diqqətlə yanaşdığını, müəyyən edilmiş prioritet istiqamətlərə uyğun layihələrə maliyyə yardımının ayrıldığını deyib.

Sonda tədbir iştirakçılarına layihə haqqında bukletlər paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə