Gənc şairlərin nəzərinə!

Gənc şairlər yazdıqları şeirləri çap etdirə bilərlər. SİA-nın verdiyi xəbərə görə, onlar bu istəklərinə rəhbəri Şəhanə Nəsirova olan "Var olsun şairimiz, şeirlərimiz" layihəsi vasitəsilə nail ola bilərlər. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Var olsun şairimiz,şeirlərimiz" layihəsi çərçivəsində çap olunacaq kitabça üçün gənc şairlər şeirlərini fevral ayının 10-na kimi [email protected] adresinə göndərə bilərlər.

Qeyd edək ki, göndərilən şeirlər arasında seçim olacaq və daha layiqli olanları kitabçada yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə